Beş yaşlı Yusifin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Etibar Rəsulov məlumat verib.
O bildirib ki, övladı anadangəlmə kəskin leykozdan əziyyət çəkir.
“Yusif anadangəlmə kəskin leykozdan əziyyət çəkir. Doğulan gündən müalicələrini, müayinələrini vaxtı-vaxtında etsək də, artıq tükənmişik. Övladımın müalicəsinin dayanmağı zamanın onun əleyhinə işləməsidir. Hazırda müalicələri davam etdirə bilmək üçün 3 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Yusif çox balacadır, onu itirmək bizim üçün çox ağır olar”.
Ailə ilə əlaqə: (050) 649-50-67









www.102info.az