Sədərəkdə azyaşlını avtomobil vurub

Cəmiyyət


Sədərək rayonunda məktəblini avtomobil vurub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Avtomobil məktəbin qarşısından yolu keçən 2016-cı il təvəllüdlü Sevgi Həsən qızı Əliyevanı vurub.

Xəsarət alan azyaşlı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan S.Əliyevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir