Qarabağın erməniəsilli sakini: “Xeyli sayda azərbaycanlı dostlarım olub”

Cəmiyyət


“Sovet dövründə vilayət Komsomol Komitəsində işlədiyim üçün xeyli sayda azərbaycanlı dostlarım vardı. Onların heç birindən narazılığım olmayıb”.

“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Robert Xaçaturyan deyib.

O, azərbaycanlı dostlarımdan Rasim Musayevin, Rafiq Qəmbəroviçin adını çəkib.
R.Xaçaturyan qeyd edib ki, Bakıda anadan olub: “Bakıda yaşamışam, daha sonra Xankəndidə məskunlaşmışam. 1966-ci ildə Xankəndiyə – Komsomol Komitəsinin katibi vəzifəsinə təyinatı aldım. Həmin gündən ailəmizlə orada yaşamağa başladıq”.

R.Xaçaturyan bir daha Xankəndiyə qayıtmaq fikrinin olmadığını deyib, çünki ailəsi hazırda İrəvandadır: “Azərbaycan Prezidenti İlham Əliyev hər şeyi aydın şəkildə deyib ki, kim istəsə, qala bilər. İki xalqın birgə yaşamasına normal baxıram. Xankəndidən bura gələnə qədər heç bir təzyiq və problem görmədim”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir