Gədəbəydə polis nəfəri xidmət vaxtı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
APA-nın məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov qəzaya uğrayıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.
www.102info.az