Güllə yağışına tutulan kamazdan sağ çıxan əsgərlərin sirri – VİDEO

Cəmiyyət


Vətən müharibəsində həkim kimi xidmət göstərən həkim-stomatoloq Aqil Şirəliyev Baku TV-yə müsahibə verib.

Müharibə dövründə yaşananlardan danışan həkim yaralı xəstələrindən biri ilə bağlı xatirəsini bölüşüb:

“İlk günlər idi. Hospitala bir neçə yaralı gətirdilər. Gördüm ki, yaralılardan birinin çənəsində sarğı var. Ayağından da ciddi yaralanmışdı. Birlikdə liftə mindik, göz-gözə gələndə ona dedim ki, qorxma. Danışa bilmirdi, əməliyyata girəndə işarə etdi ki, ona qələm versinlər. Dedi ki, yaralandığımı evdəkilər bilməsin”.

A.Şirəliyev həmin dövrdə yaşadığı ən duyğulu anlardan bəhs edib:

“Yaralı bir əsgəri gördüm. Əli diqqətimi çəkdi, soyuqdan çatlamışdı. Çatların içinə Vətən torpağı dolmuşdu. Çox qəhərlənmişdim”.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir