Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Türkan qəsəbəsində minik avtomobili yük maşını ilə toqquşub.
Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Elşad Rəşad oğlu Şahbazzadə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
www.102info.az