Antiterror tədbirləri zamanı həlak olan mülki şəxs – FOTO

Cəmiyyət


Səhiyyə Nazirliyi sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan və yaralanan şəxslərin siyahısını açıqlayıb.

Məlumata görə, Silahlı Qüvvələrimizin 192 hərbi qulluqçusu şəhid olub. Həmçinin, şəhid olanlardan bir nəfəri mülki şəxsdir.

Oxu.Az-ın məlumatına görə, həmin şəxs Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iriçaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində şəhid olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Vidadi Aydın oğlu Fərhadovdur.

Vidadi Fərhadov sentyabrın 20-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində şuşalıların dəfn olunduğu məzarlıqda torpağa tapşırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir