Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 2000-ci il təvəllüdlü Nicat Tahir oğlu Mikayılov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az