Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura yaradılır.
Bu barədə DGK-dan bildirilib.
Məlumata görə, sentyabrın 13-də Komitə yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb. İctimai Şura üzvlüyünə seçkinin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının qərarına əsasən, namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün müddət 28 sentyabr 2023-cü il tarixdən başlayaraq 20 iş günü müddətində müəyyən edilib.
Müraciətlər üzrə qeydiyyat 25 oktyabr 2023-cü il saat 18:00-da başa çatır. Seçki Komissiyasının qərarı ilə İctimai Şura üzvlərinin say həddi doqquz nəfər müəyyən edilib. Qeyd edilib ki, mənsubiyyətindən asılı olmayaraq, gömrük işi sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının fəaliyyətqabiliyyətli vətəndaşı üzv ola bilər.
www.102info.az