Söyüdlü sakinləri tullantıxana sahəsində monitorinqin nəticələri barədə məlumatlandırılıblar – FOTO

Cəmiyyət


Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın üzvləri bu gün Söyüdlü kəndinin sakinləri ilə görüşüblər.

“Report”un Söyüdlü kəndinə ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Micon” beynəlxalq monitorinq şirkətinin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələri barədə kənd sakinlərini məlumatlandırıb.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Micon” şirkəti tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq hazırlanan tövsiyələri səsləndirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir