Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılıb – FOTO/VİDEO

Cəmiyyət


Sentyabrın 15-də intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən avtomobil körpüsünün söküntüsü və ətraf ərazinin təmizlənməsi işləri yekunlaşdırılaraq yeni körpünün inşasına start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, inşasına başlanılan sözügedən körpünün kənar dayaqlarının svay işləri yekunlaşıb, hazırda orta dayaqların svay işləri üçün hazırlıq və kənar dayaqların tikintisi üçün qəliblərin quraşdırılması işləri aparılır.

Sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Bu yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir