Bakı şəhərində fəaliyyət göstərən məktəbdə müəllim çatışmazlığı var.
Belə ki, bir ildən çoxdur ki, 246 nömrəli məktəb-liseydə rus bölməsi üzrə fizika fənnini tədris etməyə müəllim tapılmır.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 246 nömrəli məktəb-liseydə rus bölməsi üzrə fizika fənnindən vakansiya müəllimlərin işə qəbulu üzrə müsabiqədə üç tura çıxarılsa da, müvafiq namizəd tərəfindən tutulmayıb:
“Əlavə yerləşdirmə zamanı isə həmin yer müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanmış Nərmin Nuriyevaya təklif edilib və namizəd tərəfindən qəbul edilib. Namizəd həmin məktəb-liseydə fəaliyyətə başlayacaq”.
İlhamə Əbülfət
www.102info.az