Şimal bölgəsində müəllim çatışmazlığı: Xarici dil və dəqiq elmlər üzrə kadrlara ehtiyac var

Cəmiyyət


Şimal bölgəsi məktəblərində müəllim çatışmazlığı problemi yaşanır. Bu problem şagirdlər və rəsmi  qurumlarla yanaşı, valideynləri daha ciddi narahat edir.

Bu barədə “Bizim.media”ya övladları Xaçmazın Palıdlı kənd tam orta məktəbində oxuyan valideynlər məlumat veriblər.

Valideynlər böyük narahatlıqla bildiriblər ki, yeni dərs ili başlayandan uşaqlara, əsasən, bədən tərbiyəsi dərsi keçilir. Fənn müəllimləri çatışmadığına görə dərslər boş keçir və ya bədən tərbiyəsi dərsi elan olunaraq açıq havada olurlar. 

Problemlə bağlı açıqlamasında Xaçmaz rayonunun Palıdlı kənd tam orta məktəbinin direktoru Səhman Əliyev məktəbdə fizika, tarix və rus dili fənləri üzrə müəllimlərin çatışmadığını təsdiqləyib.

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sözçüsü Gülər Hüseynova da regional idarənin əhatə etdiyi beş şimal rayonu üzrə 40-ı sosial məzuniyyətdə olmaqla 608 müəllimin çatışmadığını bildirib:

“Xaçmazda 174, Qubada 234, Qusarda 141, Şabranda 39, Siyəzəndə 20 müəllimə ehtiyac var”.

G.Hüseynovanın sözlərinə görə, şimal bölgəsinin beş rayonu üzrə 96 rus dili, 65 ingilis dili, 77 biologiya, 81 riyaziyyat müəllimi çatışmır.

Qurum nümayəndəsi bu istiqamətdə Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin müəyyən tədbirlər gördüyünü söyləyib. Bildirib ki, hazırda müəllim çatışmazlığını aradan qaldırmaq üçün müəllimlərin ikinci iş yeri ilə təmin olunması məsələsinə baxılır. Bunun üçün müəllimlərə xüsusi elektron forma göndərilib. Qurumun sosial şəbəkə hesabında elan verilib. Kim istəsə, qeydiyyatdan keçib ikinci iş kimi çalışa bilər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir