Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır.
“Report”un Qarabağ bürosu xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir.
Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınır.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.
www.102info.az