Saatlı rayonunda ana və qızı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıblar.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Səma Zabil qızı Ağayeva və onun övladı 2015-ci il təvəllüdlü M.Ağayeva yaralanıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az