Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 240 kvadratmetrdən (hər mərtəbəsi 120 kvadratmetr) ibarət ikimərtəbəli üçotaqlı evin birinci mərtəbəsində sahəsi 20 kvadratmetr olan qarajın içərisində tikinti materialları 5 kvadratmetr sahədə yanıb.
Bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az