Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Cəmiyyət


Gəncədə yol-nəqliyyat qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobillə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 30 yaşlı İbrahim Həsənov, 48 yaşlı Amin Babayev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az