İranda Səfəvilər dövrünə aid qədim sikkələr tapılıb

Cəmiyyət


İranın hüquq-mühafizə orqanları Qum əyalətində 12 qədim gümüş və mis sikkə aşkar edərək müsadirə ediblər.

Məlumata görə, onlardan bəziləri eramızdan əvvəl zərb edilib.

Bildirilir ki, Mədəni İrsin Mühafizəsi İdarəsinin bölmələri Əhəmənilər (e.ə. 705-330), Parfiya (e.ə. 246 – 227), Sasanilər (224-651) dövrünə aid 10 qədim gümüş sikkə, eləcə də Səfəvilər dövrünə aid (1501-1736) iki mis sikkə müsadirə ediblər.

Tapıntılar İranın Turizm, Mədəni İrs və Əl İşləri Nazirliyinə təhvil verilib. Onları özündə saxlayan şübhəli şəxs barəsində isə istintaq başladılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir