Zaqatalada baş verən partlayışda ölənlərin sayı artıb

Cəmiyyət


Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 32 yaşlı şəxs vəfat edib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bununla da, hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib.

Belə ki, partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər – 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alıblar.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir