Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 28 sentyabr 2023-cü il tarixli qərarı ilə qurumun İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib.
Bu barədə MDM-ə xəbər yayıb.
Qərara əsasən, Rəna İsgəndərova Mərkəzin İH sədrinin müavini, Ramin Nurəhmədov isə İH-nin üzvü təyin edilib.
R.İsgəndərova bundan əvvəl “Ernst & Young” audit şirkətində çalışıb, R.Nurəhmədov isə MDM-in İH sədrinin müşaviri olub.
www.102info.az