12 yaşlı Zəhra iki ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Oxu.Az-a onun anası Aygün Əlizadə məlumat verib.
O qeyd edib ki, övladı Zəhra Hüccət qızı Nuriyeva həm autizmdən, həm də serebral iflicdən əziyyət çəkir:
“Biz Lənkəranda yaşayırıq. Beş övladım var. Onlardan ən böyüyü Zəhradır. Onun iki ağır xəstəliklə mübarizəsi, həqiqətən, bir ana olaraq məni məhv edir. Qızımın vəziyyəti günü-gündən ağırlaşır. Bir neçə ay öncə xeyirxah insanların dəstəyi ilə övladımı müalicə etdirməyə başlasaq da maddi vəziyyətimizə görə müalicə yenidən yarımçıq qalıb. Zəhranın gün ərzində 3-4 dəfə epilepsiyası tutur. Hər dəfə onu geri qaytara bilməyəcəyəm deyə qorxudan az qalıram dəli olam. Yardımsevər şəxslərdən mənim övladıma yenidən dəstək olmalarını, onun əlindən tutmalarını xahiş edirəm. Müalicə üçün hazırda 1 000 manata ehtiyacımız var”.
Kart nömrəsi: 5243 7544 4272 1815
Ailə ilə əlaqə: (051) 506-91-02
www.102info.az