“Xocalıda aşkarlanan çətənə kolu sativa növüdür və dünya bazarında daha çox alınır”.
“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, antiterror tədbirləri keçirilənə və ondan əvvəlki vaxta qədər Xocalıda 100 hektardan çox ərazidə aşkarlanan kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyasına ciddi şəkildə qulluq edilib:
“Mütəxəssislər hesab edirlər ki, həmin bu narkotik vasitə, yəni çətənə kolu sativa növüdür. Bu sativa növü dünya bazarında daha çox alınan və tələbata ehtiyacı olan növdür. Qara bazarda bunun qiyməti yüksəkdir, Azərbaycan qiymətləri ilə müqayisədə marixuana formasında qurudulmuş çəkisinin 1 kq 8-10 min manat arasında dəyişir”.
www.102info.az