Lənkərandakı uşaq evinə direktor təyin olunub

Cəmiyyət


Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə direktor təyinatı olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu vəzifəyə Samirə Quliyeva təyin olunub.

Lənkəran rayon Liman şəhər 16 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən Samirə Quliyeva, bir müddət əvvəl öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, uşaq evinin direktoru Mehriban Səfərovanın bir qədər əvvəl tutduğu vəzifədən kənarlaşdırıldığı bildirilir.

Bir neçə gün öncə O.Mirzəyev adına qarışıq tipli uşaq evinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini, məktəbliyə zorakılıq etdiyinə görə işdən çıxarılan və məhkəmə qərarı ilə dörd min manat cərimə olunan Rasilə Arifqızının təyin olunması barədə məlumat yayılıb. Rasilə Arifqızı bu məlumatı təsdiqləsə də, Lənkəran xəbəri təkzib etmişdi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir