“Azərbaycanda qadın hüquqları ilə bağlı 200-ə yaxın QHT mövcuddur, amma bu təşkilatlar o qədər fəal, fəaliyyətləri də o dərəcədə keyfiyyətli deyil”.
“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
O qeyd edib ki, bəzi təşkilatlar qadın hüquqları sahəsində fəaliyyətlərin asan olduğunu düşünürlər.
“Lakin onların çoxunun BMT-nin qadın və uşaq hüquqları ilə bağlı sənədlərindən, dövlət qanunlarından xəbərləri yoxdur. QHT-lərin qrant almaq üçün təqdim etdikləri layihələri oxuyuruq, çatışmazlıqlar var. Onlar bir sıra sənədlərdən məlumatsızdırlar”, – T.İbrahimova vurğulayıb.
www.102info.az