Bakıda piyadanın vurulmasının ANBAAN VİDEOSU

Cəmiyyət


Bakıda 57 yaşlı şəxsi avtomobil vuraraq öldürüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün saat 7 radələrində Suraxanı rayonu, Heydər Əliyev prospekti şəhər istiqamətində baş verib. Elşən Mirzəli oğlu Mehdizadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobil Polad Qaçay oğlu Əliyevi vurub. Nəticədə o, hadisə yerində vəfat edib.

BDYPİ-nin rəsmisi polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisəsi məhz yerüstü piyada keçidinin altında qeydə alınıb. Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyadanı avtomobil vurub.

“Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir.

Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə intizamlı formada yanaşsınlar. Sadə qaydalara riayət edərək ağır sonluqlu faciələrə yol açmasınlar. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı, yanlış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”, – A.Əsgərli əlavə edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir