Şəkidə azyaşlını avtomobil vurub

Cəmiyyət


Şəkidə azyaşlını avtomobil vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Göynük kəndi ərazisində baş verib.

Belə ki, Tofiq Əzimov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada, 2016-cı il təvəllüdlü Nuray Məmmədlini vurub. Azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az