“Mən burdayam, İlahi” filmindəki rolu keyfiyyətli ifa etməyim vətəndaşlıq borcum idi”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Mən burdayam, İlahi” filminin qala gecəsində aktyor Rasim Cəfər deyib.
Aktyor qeyd edib ki, filmdə canlandırdığı obraz onun üçün həddindən artıq məsuliyyətli bir obrazdır:
“Ona görə də filmin rejissorlarından baş rol ilə bağlı təklif aldıqda onlarla bu mövzuda bir xeyli müzakirə apardıq. Çünki qeyd etdiyim kimi ifadə etdiyim rol ciddi aktyor məsuliyyəti tələb edirdi. Bu rolu keyfiyyətli ifa etməyim insanlıq və vətnpərvərlik borcum idi. Nəticə etbarilə film çəkildi, mən də sözügedən baş rolu oynadım. Ümid edirəm ki, rolun öhdəsindən layiqincə gələ bilmişəm”.
“Filmin çəkilişləri yanvarda başladı, apreldə yekunlaşdı. Filmdə bir qazinin həyatı, müharibə travmaları öz dramatik əksini tapıb”, – deyə R.Cəfər əlavə edib.
Nəzrin Vahid
www.102info.az