Cəbrayıl şəhərinin və doqquz kəndin azad olunmasından üç il ötdü – SİYAHI + FOTO

Cəmiyyət


Oktyabrın 4-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin üçüncü ildönümüdür.

Oxu.Az xatırladır ki, 2020-ci ilin bu günü, Vətən müharibəsi davam edən dövrdə Ali Baş Komandan Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonuna daxil olan doqquz kəndin işğaldan azad olunduğunu elan etmişdi.

Bu kəndlər Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləridir.

Həmçinin, müharibənin səkkizinci günündə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir