İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.
Araz Kazımlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Elvin Qurbanovun idarə etdiyi “Belarus” markalı traktor toqquşub.
Nəticədə minik avtomobilin sərnişini Çingiz Ağayev ölüb, sürücü isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
www.102info.az