Anar Nəcəfli: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80%-i tamamlanıb”

Cəmiyyət


“Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Cəbrayıl və Zəngilan rayonu ərazisindən keçən ən mühüm yol infrastrukturu layihələrindən biri Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin tikintisidir:

“Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 123,5 km təşkil edir. Layihə üzrə fiziki tərəqqi 80%-dir. Yol birinci texniki dərəcəyə uyğun 4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyunca 58 alt keçid, 27 körpü, 12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. Süni qurğular üzrə işlər 89%, körpülər və tunellər üzrə isə ümumilikdə 77% tamamlanıb. Yeni yola paralel olaraq uzunluğu 144 km olan mövcud yolun da hazırda yenidən qurulması işləri tərəfimizdən icra olunur. Bu işlər hazırda Horadiz-Zəngilan hissəsində aparılır”.

A.Nəcəfli qeyd edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağdam avtomobil yolundan başlanğıcını götürən daha bir yol isə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur:

“Yolun ümumi uzunluğu 39,7 km təşkil edir. Yol birinci texniki dərəcəyə uyğun 4 hərəkət zolaqlı olmaqla inşa edilir. Dövlətimizin başçısı 2022-ci il oktyabrın 19-da sözügedən yolun Cəbrayıl şəhərinə qədər olan 14,2 km-lik hissəsinin, həmçinin bu ilin may ayının 5-də Cəbrayıl şəhərindən sonrakı 8,2 km-lik hissəsinin açılışında iştirak edib. Yolun qalan hissəsinin tikintisi davam edir və artıq yekunlaşmaq üzrədir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir