Mikayıl Cabbarov akademik Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib – FOTO

Cəmiyyət


Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə o, özünün “X” sosial şəbəkə hesabında bildirib.

“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, respublika dövlət mükafatları və Heydər Əliyev Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Bağı oğlu Yusifzadə 2023-cü il oktyabrın 3-də ömrünün 94-cü ilində vəfat edib”, – deyə nazir paylaşımda qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir