Mingəçevir rayonunda zibil maşındakı məişət tullantıları ətrafa dağılıb.
Bu barədə görüntülər sosial şəbəkələrə yayılıb.
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, görüntülər araşdırılıb:
“Həmin avtonəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati tənbeh tədbiri görülüb”.
İlhamə Əbülfət
www.102info.az