Sumqayıt şəhərində küçədən kişi meyiti aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Sumqayıt şəhər Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Zaur adlı 50-55 yaşlarında olan şəxsin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadaları cəlb olunublar.
www.102info.az