Yaponiyalı baş memar: “Bakıda cəlbedici, müasir, icra texnikasına görə bir-birindən seçilən binalar var”

Cəmiyyət


“Bakıda cəlbedici, müasir, icra texnikasına görə bir-birindən seçilən binalar var”.

Oxu.Az xəbər verir ki, bu sözləri Yaponiyanın “Pacific Co” Beynəlxalq Korporasiyanın nümayəndəsi, korporasiyanın Memarlıq departamentinin baş memarı Yoko Şiraişi deyib.

Baş memar deyib ki, 1951-ci ildə qurumun təsis edildiyi gündən Yaponiyada aparıcı mühəndislik konsaltinq şirkəti olaraq, “Pacific Consultants Co. Ltd” həm yerli, həm də xaricdə sosial infrastruktur layihələri, o cümlədən geniş çeşiddə mühəndislik və tikinti konsaltinq xidmətləri göstərilib:

“Çox sayda dəmiryolları, limanlar, hava limanları, yollar, körpülər, tunellər və s. strateji obyektlərin, o cümlədən dövlət və özəl sektor üçün binaların tikintisi uğurla həyata keçirilib”.

O əlavə edib ki, ilk dəfədir Bakıdadır:

“Qısa müddət ərzində şəhərinizlə tanış olarkən diqqətçəkən, unikal, qədim və müasir memarlıq abidələri ilə tanışlığımız zamanı Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyə bilərik”.

Nəzrin Vahid

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir