“Yaponiya şirkətləri Azərbaycan məhsullarının yapon bazarlarında satışını reallaşdırıb”.
Oxu.Az xəbər verir ki, bu sözləri Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada jurnalistlərə açıqlamasında deyib.
Səfir qeyd edib ki, Azərbaycanla Yaponiya arasında tikinti sahəsində əməkdaşlıq yeni başlayıb:
“Zəlzələyədavamlı tikinti materialları ilə bağlı əməkdaşlıq gözlənilir. Yaponiya hökuməti iş adamlarının qarşılıqlı fəaliyyətləri üçün istənilən dəstəyi göstərməyə hazırdır. Yaponiya şirkətləri ilə Azərbaycan şirkətləri arasında biznes əlaqələrinin inkişafına ümid edirik”.
Nəzrin Vahid
www.102info.az