Səkkiz gün ermənilərin zülmünə dözən Dürdanənin azad Xocalıdakı bayraq arzusu – VİDEO

Cəmiyyət


“Yol gedirdim. Qızım dedi ki, Xocalı alınıb. Dedim, ola bilməz. Ordumuzun Xocalıda olduğunu əks etdirən şəkli göstərdi. Dondum, nə ağlaya, nə də gülə bildim, heykələ döndüm”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva deyib.

Səkkiz gün erməni zülmünə məruz qalan D.Ağayeva 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkir.
“Əsirlikdə fikirləşirdim ki, kaş uzun saçlarım olmayaydı. Saçlarımdan tutub çox dartdılar, sürüdülər. Amma indi o saçların həsrətini çəkirəm”, – deyə o söyləyib.

Xocalıya gedərkən ilk edəcəklərindən danışan faciə şahidi qeyd edib ki, ermənilərin onu zəncirlə döydüyü evi də ziyarət edəcək.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir