Abşeron rayonunda yüksəklikdən yıxılan fəhlənin bel fəqərəsi sınıb.
“Report”un məlumatına görə, rayonun Güzdək qəsəbəsində daş karxanaların birində fəhlə işləyən 1980-ci il təvəllüdlü Rövşən Vaqif oğlu Tağıyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
www.102info.az