“Azərişıq” ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) “Sumqayıt Elektrik Şəbəkəsi”nə yeni rəis təyin olunub.
“Report“un yerli bürosunun məlumatına görə, bu vəzifəni Rəşad Hümbətov icra edəcək.
Qeyd edək ki, R.Hümbətov bundan əvvəl Sumqayıt RETSİ-nin Sayğac Quraşdırma və Uçota Nəzarət Sektorunun müdiri vəzifəsində çalışıb.
“Sumqayıt Elektrik Şəbəkəsi”nin keçmiş rəisi Ramil Məmmədov bu ilin sentyabr ayında vəzifəsindən azad olunub. O, “Bağlar Enerji Təchizati və Satış İdarəsi”nin müdiri təyin edilib.
www.102info.az