İstifadəyə veriləndən “Göyçay” Kiçik Su Elektrik Stansiyasında 48,8 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Bu barədə Energetika Nazirliyi özünün “Facebook” səhifəsində paylaşım edib.
Məlumata görə, stansiya 6 oktyabr 2015-ci il tarixində istifadəyə verilib.
“6 oktyabr 2015-ci il tarixində Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş “Göyçay” Kiçik Su Elektrik Stansiyasının açılışı olub.
“Göyçay” KSES ümumi gücü 3,1 MVt olmaqla, hər biri 1,033 MVt gücündə 3 ədəd hidroaqreqatdan ibarətdir.
2023-cü ilin 9 ayında stansiyada elektrik enerjisi istehsalı 5,5 milyon kVt·st təşkil edib.
Fəaliyyətə başladığı gündən 01.10.2023-cü il tarixinədək stansiyada 48,8 milyon kVt·st elektrik enerjisi istehsal edilib”, – paylaşımda qeyd olunur.
www.102info.az