Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
“Report”un yerli bürosu xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.
1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.
1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.
Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.



www.102info.az