Generallarla çiyin-çiyinə döyüşən əsgərlər: “Yaralandıqdan sonra uzun müddət həmin yerdə qalmışam” – VİDEO

Cəmiyyət


Vətən müharibəsi veteranları Mirrəhim Əhmədov, Bayram Osmanov və Murad İsmayılzadə Baku TV-yə öz döyüş yollarından danışıblar.

Müharibədə qəlpə yaraları alan Mirrəhim Əhmədov qeyd edib ki, həmin an qəribə bir şəkildə ağrı hiss etməyib:

“Dində də qeyd olunur ki, şəhidliyə ucalanlar, yaxud yaralananlar ağrı hiss etmirlər. Mən həqiqətən də ağrı hiss etmədim. Yaralandıqdan sonra uzun müddət həmin yerdə qalmışam. Bir müddət sonra dərk etdim ki, qolum qalxmır”.

Müharibənin ilk günündən cəbhəyə yollanan Bayram Osmanov ən təhlükəli düşmən postlarından birinin ələ keçirilməsindən, həmçinin Füzulidə şəhidlərimizin nəşlərinin döyüş meydanından çıxarılmasında göstərilən şücaətdən bəhs edib.

“Şəhidlərimiz 20-25 gün idi ki, orada qalmışdı. Bizim tabordan 30 nəfər seçildi və birlikdə 30-a yaxın şəhidimizi oradan çıxardıq”, – o söyləyib.

Murad İsmayılzadə isə Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin hərbçiləri döyüşə ruhlandırmasından danışıb:

“Normal olaraq üzümüzün saqqalı uzanmışdı. Bizə dedi ki, siz mənim şəhid balalarımsınız, sizin üzünüz nur içindədir. Düşünün ki, şəhid olacaqsınız, nur içində evinizə gedəcəksiniz. Özümdən asılı olmadı, elə bildim ki, səhər durub işə gedəcəyəm və üzümü təmizləmək istədim”.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir