Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə zamanı minik avtomobili maneəyə çırpılıb.
Qəza nəticəsində Vasif Mirzəyev və Nəcmin Mirzəzadə xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az