Bu günədək 33 mindən çox tələbə təhsil krediti alıb

Cəmiyyət


Bu günə qədər təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 33 min 462 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 963 nəfərin müraciəti natamam olub, 618 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 7379 nəfərin müraciətinə imtina cavabı verilib, 146 nəfərin müraciəti isə banka yönləndirilib.

Ümumilikdə 24 min 356 nəfərə TTK verilib. Onların arasından 8765 nəfərin müraciəti sosial TTK, 15 min 591 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir