“Məktəb “Google”da olan məlumatların deyil, “Google”da olmayan məlumat və biliklərin yaşandığı yerdir”.
Bunu Türkiyənin sabiq milli təhsil naziri, professor Ziya Səlçuk Təhsil TV-nin proqramında təhsilin gələcəyi, müəllim davranışı, gələcəyin peşələri mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, məktəbə yeni tərif vermək lazımdır:
“Müəllim əgər uşaqları yetişdirmək üçün hər cür bacarığa malik olarsa, o zaman uşaq da sosial-linqvistik inkişafında sıçrayış edər”.
Z.Səlçuk qeyd edib ki, texnologiya təhsil və məktəbin önünə keçərsə, tarazlıq pozular:
“Xüsusilə süni intellekt çağında bəşəriyyət əvvəllər bir-iki dəfə düşündüyü halda, indi yüz dəfə düşünməlidir. Çünki bəşəriyyət tarixində insanın təbiəti heç vaxt bu qədər çətinliyə məruz qalmayıb”.
Daha ətraflı videoda:
www.102info.az