“İstəyərdim ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı kimi tədbirlərin sayı artsın”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Nine Sense” festivalının iştirakçısı psixoloq Kamilla Əfəndiyeva deyib.
O qeyd edib ki, iştirakçılar psixoloji travmalardan qurtulmaq üçün festivalda iştirak edirlər:
“Nine Senses Fest” festivalı mənim çox xoşuma gəldi. İştirakçılar da bu tədbirdən həzz alırlar. “Nine Sense” festivalının iştirakçılarına psixoloji dərslər keçirəm. Onları arzularına və niyyətlərinə çatmaqda psixoloji travma və problemlərdən uzaqlaşdırmağa çalışıram.
Arzularımıza necə çatacağımız üzərində işləyirik. İnanıram ki, bütün iştirakçılar nəinki psixoloji travmadan qurtulmaq, eləcə də ruh yüksəkliyini əldə etmək üçün buraya toplaşıblar. Əminəm ki, bu görüş təsadüfi deyil”.
Nəzrin Vahid
www.102info.az