Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.
VAZ 2107 və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

www.102info.az