Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə dairəvi yolda baş verib.
“Opel” və VAZ-2106 markalı nəqliyyat vasitələri qəza törədib.
Nəticədə iki nəfər – 1990-cı il təvəllüdlü Əsgər Gülağa oğlu Quliyev və 2003-cü il təvəllüdlü Xəyal Şahin oğlu Qubadlı yüngül bədən xəsarətləri alıblar.
Hər iki nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az