Bakıda 67 yaşlı kişi imtahan zamanı qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Peşəkar Mühasib Sertifikatı imtahanında baş verib.
İmtahanda iştirak edən 1956-cı il təvəllüdlü Alxaz Abid oğlu Qəribov özünü pis hiss edib və imtahan zalında vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
www.102info.az