Xaçmazda tükürpədici olay: İti güllələyib dərəyə atdılar – FOTO

Cəmiyyət


Xaçmazda tükürpədici hadisə baş verib. Xaski cinsindən olan it baş nahiyəsindən naməlum şəxs tərəfindən odlu silahla güllələnərək öldürülüb. 

Bu barədə Bizim.media-ya Xaçmazda yaşayan heyvansevər fəal Nailə Rüstəmli məlumat verib. 

Onun sözlərinə görə, hadisə barədə ona rayon sakinləri xəbər veriblər. N.Rüstəmli deyilən ünvana gedərək yaralı heyvanın atılmış yerdən çıxarılmasında iştirak edib və iti evinə gətirib: 

“Oktyabrın 1-də mənə xəbər verildi ki, Köhnə Xaçmaz kəndində piyada körpüsünün altındakı dərədə bir yaralı it var. İki gündür, it orda ulayır. Yaxınlıqdakı yas yerinə gələnlər də onun səsini eşidib narahatlıq keçiriblər. Mən dərhal həmin yerə gəldim, ətrafdakı insanlar dərəyə enib heyvanı çətinliklə oradan çıxardılar. Un kisəsinin içində bağlanmış halda olan xaski cinsindən it yaralı idi. Mən dərhal onu evimə gətirib ilk yardım  göstərib, Bakıya heyvan klinikalarından birinə göndərdim”.  

Klinikada məlum olub ki, heyvan başından odlu silahla vurulub. Burada aparılan müalicə tədbirlərinə baxmayaraq it can verərək ölüb. 

Heyvansevər fəal bildirib ki, yaralı tapılan xaskinin ev iti olduğunu və sahibi tərəfindən güllələndiyini ehtimal edir, çünki boynunda xaltası olub. Nailə Rüstəmli dilsiz-ağızsız heyvana insan tərəfindən edilən zorakılıq və vəhşilikdən çox hiddətləndiyini deyib.

O, yaralı heyvana nəvaziş göstərərkən itin necə sevindiyini, quyruğunu buladığını unuda bilmədiyini də söyləyib. 

Xaçmazlı heyvansevər fəal rastlaşdığı heyvan zorakılığı ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə rəsmi müraciət etdiyini açıqlayıb. 

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Quba bölməsinin baş inspektoru, polis baş leytenantı, Xəyal Talıbov bildirib ki, məlumat polis şöbəsinə yeni daxil olub. Fakt təhqiqat bölməsində araşdırılır, məsələyə hüquqi qiymət veriləcək.  

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir