Xırdalanda 43 yaşlı kişinin meyiti hamamdan tapılıb

Cəmiyyət


Abşeron rayonunda 43 yaşlı kişinin hamam otağında meyiti tapılıb.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

1980-ci il təvəllüdlü Tural Aslan oğlu Mustafazadənin meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.

Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Faktla bağlı araşdırılma aparılır.

www.102info.az

Spread the love